
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov da əfv olunanlar siyahısındadır.
Gununsesi.org xəbər verir ki, prezident İlham Əliyev BTR-in sabiq rəhbərini də əfv edib.
Qeyd edək ki, B. Hüseynov “Rabitə işi” üzrə həbs olunub. O, 7 il 6 aya qədər həbsə məhkum edilmişdi.
Onun sabiq MTN rəhbəri Eldar Mahmudovla şərikli biznesi olmaqla yanaşı həm də MTN-nin qanunsuz işlərində əsas rol alanlardan olduğu bildirilirdi.
