Elektrik qatarları adi iş qrafikini bərpa edib

  • By admin
  • 23 Fevral 2018 15:38

Fevralın 23-dən başlayaraq Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bu qərar Bakı yük stansiyası – Keşlə sahəsində təmirin başa çatması ilə əlaqədardır:

“Bu gündən başlayaraq Bakı-Sumqayıt-Bakı, 612 saylı Yalama-Bakı və 6703 saylı Şirvan-Bakı elektrik qatarları 2017-ci il dekabrın 10-da təsdiq olunmuş cədvələ əsasən hərəkət edəcək”.

Gununsesi.info