Elektron siqaret satışı qadağası niyə uzadıldı? - Hüquqşünas

Xəbər verdiyimiz kimi, elektron siqaretlə bağlı qadağanın qüvvəyə minmə müddətinə dəyişiklik edilir. 

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu gün keçirilən plenar iclasda “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Belə ki, birinci oxunuş üçün təqdim olunan redaksiyada qanunun 2026-cı ilin fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Ancaq bu qərar da birmənalı qarşılanmayıb.

Sözügedən qərarı dəstəkləyən də var, dəstəkləməyənlər də.

Suallar verilir ki, qadağa qərarının icrası niyə bu qədər gözlədilir?

Əgər ziyandırsa, olmazsa, niyə məhz 1 aprel?

Hüquqi baxımından nəsə əsası varmı?

Ən əsası, qərarın özü ədalətlidirmi?

Bu işlə məşğul olan adamları talehi necə olmalıdır?

Məsələ ilə bağlı saytımıza hüquqşünas Əkrəm Həsənov münasibət bildirib.

Onun sözlərinə görə, qərarın 1 aprel tarixində qəbul edilməsinin səbəbi elə vaxt məsələsidir.

Hüquqşünas, həmçinin deyib:
.
“Qərarın çox tez qəbul olunması həm də elə elektron siqaret satışı ilə məşğul olanların hüquqlarının pozulması ola bilər. Əlbəttə, elektron siqaret ziyanlıdır və qadağan edilməlidir. Hər bir halda ziyanlı olan məhsulun qadağasında problem görmürəm”.

 

Orxan

Gununsesi.info