Elgiz verilişi tərk etdi, yerinə Rövşanə gəldi

  • Müəllif: admin
  • 29 Sentyabr 2017 12:54

585683

Bu səhər ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb.

Gununsesi.info aznews.az-a istinadən xəbər verir ki, nəticədə teleaparıcı Elgiz Əkbər verilişi tərk edib.

Onun əvəzinə isə studiyaya “Gəlin danışaq” verilişinin aparıcısı Rövşanə Bektaşi çıxıb.

Telekanal Elgiz Əkbərin bir müddət efirdə olmayacağını açıqlayıb:

“Elgiz Əkgər verilişdən uzaqlaşdırılmayıb. Sadəcə, müəyyən müddət “Səhər-səhər” Elgiz bəy olmayacaq. Bu səbəbdən də proqramın aparıcılığı Rövşanə xanıma həvalə edilib”.

Kanaldan onu da əlavə ediblər ki, bir müddətdən sonra Elgiz Əkbər yenidən efirə qayıdacaq.

Gununsesi.info