Elm aləminin izah edə bilmədiyi - HADİSƏLƏR + FOTOLAR

  • By admin
  • 21 Oktyabr 2016 12:13

heyat

Dünyada elm aləminin izah edə bilmədiyi və öz sirrini günümüzə kimi qoruyub saxlayan bir çox hadisələr var. Onların hamısının ortaq cəhəti isə çox təəccüblü məqamları özlərində birləşdirmələridir.

Gununsesi.info bu hadisələrdən bir neçəsini sizə təqdim edir:

1.“Kiyev kosmonavtı”.

kiyev

Bu kiçik heykəl Avropada tapılan və yadplanetlilərə məxsus xüsusiyyətləri daşıyan yeganə tapıntıdır.

2.Rəssam Filippo Lippinin “La Madonna e san Giovannio” əsəri

filipon

Diqqətlə baxsaq, görərik ki, tablonun yuxarısındakı tünd rəngli işıq saçan cisim sanki hərəkət etməkdədir. Bir adam və köpək isə onu izləyir. Rəssamın öz əsərində əks etdirdiyi bu cisim heç bir inanc və din ilə əlaqəli görünmür. Görəsən, Filippo Lippi UNO görmüş ola bilər?

3.Balbek şəhəri

balbek

20 metrdən daha hündür tikililərin aşkar edildiyi bu antik şəhərin yaşı Roma imperiyasının yaşından çoxdur. Hətta şumerlərin yaşadığı bir dönəmdə bura antik hesab olunurmuş. Şəkildən görünür ki, daşların hündürlüyünü göstərmək üçün 2 nəfər tikililərin arasında dayanıb. Şəhəri kimin nə zaman və nə məqsədlə tikdiyi məlum deyil. Təəssüf ki, hazırda heç kim şəhərin tədqiqi ilə məşğul olmur.

4.Piri Rəisin gələcəyi göstərən xəritəsi

prirayzen

Coğrafiyaçı alim və xəritə mütəxəssisi türk dənizçi Piri Rəisin 1513-cü ildə çəkdiyi və Afrika , Amerika, Cənub yarımkürəsini əks etdirən xəritə 1929-cu ildə üzə çıxdığı zaman hər kəsi heyrətə gətirdi. Çünki Cənub yarımkürəsi xəritənin çəkilməsindən 3 əsr sonra – 1818-ci ildə kəşf olunub.

5.Antik dövr komputeri

antik

1900-cü ildə alimlər Girit çöllərindəki bir bataqlıqda aparılan tədqiqatlar zamanı maraqlı bir əşyaya rast gəlmişdilər. Taxta qutunun içinə yerləşdirilmiş bürünc dişli forması olan bu müəmmalı tapıntı qutudan çıxarılan zaman dağılıb. Nəticədə cihazın içindəki qarışıq mexanizm ortaya çıxıb. Aparılan araşdırmalara görə, bu mexanizm vasitəsilə Ay, Günəş və digər planetlərin parametrləri hesablanırmış.

6.Kristal kəllə

kritalk

Maya dövrünə aid 1000 illik tarixi olan bu kəllə kristal üzərində oyma şəklində hazırlanıb. Necə düzəldiyi hələ də məlum olmayan bu kəllənin altından tutulan işıq göz çuxurlarında əks olunur. Alimlərin fikrincə, bu texnologiya hətta indiki dövrdə mövcud deyil.

7.2000 illik batareya

batare

Alman alimi arxeoloq Vilhelm Koniq  tərəfindən 1938-ci ildə İraqın paytaxtı Bağdad yaxınlığında tapılan 2000 illik batareya elm aləmini heyrətə gətirib. Koniq torpağa yerləşdirilmiş mis silindr, ətrafındakı dəmir çubuq və asfalt qapaqdan ibarət olan bu tapıntını dünyanın ən qədim batareyası kimi tanıdıb.

8.Yadplanetli uşaq

yadp

2007-ci ildə meksikalı bir cütlüyün tapdığı yadplanetli uşaq fotoşəkilləri yayılmışdı. Onlar bu məxluqu tapdıqda qorxularından boğaraq öldürmüşdülər. Götürülən DNT analizlərinə gorə, onun sümüklərinin insan sümüyünə, skeletinin isə kərtənkələyə bənzədiyi ortaya çıxıb. Alimlərin fikrincə, ağıllı hesab edilən bu varlığın tapıldığı əraziyə NUO-lar  tez-tez  baş çəkir. Bu uşağın da həmin yerə yadplanetlilər tərəfindən bilərək qoyulduğu iddia edilir.

9.”Buache” xəritəsi

bohace

1737-ci ildə qədim yunan xəritələrinə istinadən çəkilən bu xəritə Antarktidanın buzla örtülü olmadığı dönəmi göstərir. Əgər Antarktidada buz örtüyü olmasaydı, Ross və Veddel dənizləri materiki yarıya bölərdi. Təəccüblüsü isə odur ki, bu həqiqət xəritənin çəkilməsindən sonra 1968-ci ildə ortaya çıxmışdı.

10.”Təyyarə maketi”

teuyyarem

Bu qızıl maket Amerikanın Kolumun kəşf edilməsindən əvvəlki dövrə aid bir məzarda tapılıb. Təxmini 1800 il yaşı olan və görünüşcə təyyarəyə bənzəyən maketin delta qanadı, pilot kabini, hətta quyruq qanadları var. Cənubi Amerikada da buna bənzəyən bir sıra tapıntılar aşkarlanıb.

Nigar Cəfərli

Gununsesi.info