Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının Baş katibi ilə görüşüb

  • By admin
  • 15 Mart 2018 20:10

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnakı qəbul edib.

Gununsesi.info xəbər verir ki, görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bu gün Azərbaycanın Beynəlxalq Enerji Xartiyasının Haaqa II sənədinə qoşulmasına dair sənədin təqdim edildiyini bildirən U. Rusnak bu qanun layihəsinin enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə “Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacağını ifadə edib.

Gununsesi.info