Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir - XİN

  • By admin
  • 14 Noyabr 2017 13:24

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Gununsesi.info-ya bildirib ki, səfər əsnasında Moskvada xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Noyabrın 20-də isə Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycana səfər edəcək.

Gununsesi.info