Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Gununsesi.info “Report”a istinadən bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.













