Elmar Məmmədyarov BMT-NİN İNSAN HÜQUQLARI ŞURASININ SESSİYASINDA

  • Müəllif: admin
  • 28 Fevral 2018 12:04

Biz insan hüquqlarının və davamlı inkişafın bir-birindən asılı olduğunu və bir-birini tamamladığını bilirik. 2030-cu il Davamlı İnkişaf Gündəliyi insan hüquqlarına hörmət, qanunun aliliyi və yaxşı idarəetmə və effektiv ictimai institutlar əsasında sülhpərvər, ədalətli və inkluziv cəmiyyətlərin qurulmasına ehtiyacı tanıyır. Bununla yanaşı, Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Azərbaycan şuranın hazırkı sessiyasında qəbul edilmək üçün “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidməti vasitəsilə insan hüquqlarının və DİG-in təşviqi” adlı layihə qətnaməsi təqdim etmişdir. Bu fürsətdən istifadə edərək mən İHŞ üzvlərini qətnaməni dəstəkləməyə çağırıram.

Gununsesi.info XİN-ə istinadən bildirir ki, prezidentə müraciətində E. Məmmədyarov ”dialoq”, ”əməkdaşlıq” və digər əsas anlayışlara xüsusi diqqət yetirdi.

-Azərbaycan İnsan Hüquqları Şurasının fəaliyyətinin gücləndirilməsinin zəruriliyini tam dəstəkləyir. Şuranın tənbeh üçün platforma kimi deyil, öz səlahiyyətini etibarlı və həssas qlobal insan hüquqları qurumu kimi möhkəmləndirməsi məqsədilə onun fəaliyyətini müəyyən edən əsas anlayışlar “dialoq”, “əməkdaşlıq” və “yardım” olmalıdır.

Azərbaycan bütün xüsusi prosedur mandat sahiblərinə xüsusi dəvət göndərmişdir. Biz onların üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində mühüm rolunu tanıyırıq. Həmçinin, Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və 2016-cı ildə aralıq hesabat təqdim etmişdir. Bizim üçüncü UDH 2018-ci ilin mayında nəzərdən keçiriləcəkdir.

Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülmüşdür.

Dünyada insan hüquqlarını pozuntusu haqqında danışarkən ölkəmin üzləşdiyi ən dəhşətli faciəni vurğulamamaq olmaz.

Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalmış və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur edilmişlər. Bugün Azərbaycan 1.2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşmışdır.

Ermənistan, Azərbaycanın ərazi bötüvlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir.

Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilmiş bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzasızdırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb.

Beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir. Buna görə də, biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb.

Gununsesi.info