Elmar Vəliyevi dindirə bilməmişik - GƏNCƏ ŞƏHƏR PROKURORU (ÖZƏL)

  • By admin
  • 04 İyul 2018 00:44

“Elmar Vəliyev hazırda həkim nəzarəti altında olduğundan onu dindirə bilməmişik. Hadisə ilə bağlı hələlik hər hansı bir versiya üzərində dayanılmır. Dindirmədən sonra bəlli olacaq”. 

Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında Gəncə şəhər prokuroru Fazil Həsənəliyev icra başçısına sui-qəsd cinayəti barədə danışarkən deyib. Prokurorun sözlərinə görə, cinayət işi açılıb, əməliyyat istintaq tədbirləri davam edir: “Bu barədə ictimaiyyətə Baş Prokurorluqdan məlumat veriləcək”.

Elmar Elnuroğlu

Gununsesi.info