Elmira Axundova: “100 məktəbdə istilik yoxdur, müəllimlər böyrək xəstəliyinə tutulublar”

  • By admin
  • 07 Dekabr 2016 13:57
elmira-axundova
“Azərbaycanda məktəblər inşa olunur, istilik təchizatı sistemi qurulur, ancaq istilik sistemi işləmir”.
Gnunsesi.info xəbər verir ki, bunu  Milli Məclisin (MM) iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova deyib.
O, “Azəristiliktəchizat” ASC-nin  fəaliyyətindən narazılıq edib: “Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Amma “Azəristiliktəchizat”ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir. Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs öyrənməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır”. 
Mürtəza
Gununsesi.info