Elnur Əşrəfoğlu vəfat etdi

  • By admin
  • 11 Oktyabr 2021 19:24

Tanınmış idman telejurnalisti  Elnur Əşrəfoğlu uzun sürə COVID-19-a yoxulma səbəbindən yatdığı xəstəxanada vəfat etdi.

O, 47 yaşında müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra “Yeni Klinika”ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Uzun müddət AzTV-də çalışmış Elnur Əşrəfoğlu “Neftçi”nin mətbuat katibi kimi də fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri təyin olunan Əşrəfoğlu 2018-ci ildən qurumun baş katibinin müavini vəzifəsini yerinə yetirirdi.

Allah rəhmət eləsin!

Gununsesi. info