Elon Maska fantastik məbləğdə maaş təyin edilib - 2,6 MİLYARD DOLLAR

  • By admin
  • 27 Mart 2018 09:00

Tesla”nın səhmdarları şirkətin rəhbəri Elon Maska fantastik məbləğdə maaş təyin edib.

Gununsesi.info xəbər verir ki, bundan sonra Mask indiyədək heç bir top-menecerin almadığı qədər – ildə 2,6 milyard dollar əmək haqqı alacaq.

Qərarın lehinə səhmdarların 73%-i səs verib. Onlar hesab edirlər ki, yüksək maaş diqqətini əsas işə – süni intellektin yaradılmasına cəmləşdirməyə kömək edəcək.

Səhmdarların bu qərarından sonra “Tesla”nın səhmləri 1,9% bahalaşıb.

Gununsesi.info