Elşad Miraləm Diaspor Komitəsindəki vəzifəsindən ayrıldı

  • By admin
  • 20 İyun 2018 10:26

Diasporla İş Üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub. APA-nın əldə etdiyi məlumatına görə, E. Miraləm öz xahişi ilə işindən ayrılıb.

E. Miraləm 14 il il komitədə çalışıb, fəlsəfə doktoru və Prezident mükafatçısıdır.

Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinin  sədri təyin olunub.