Elşad Miri: "20 il əvvəlki 'möcüzələr' niyə artıq görünmür?" - FOTO

  • By Admin2
  • 29 İyun 2026 13:07

İlahiyyatçı Elşad Miri 2006-cı ildə Zaqatala rayonunda fındıq qabıqlarının üzərində Quran ayələrinin həkk olunduğu iddialarını xatırladaraq həmin hadisəyə tənqidi münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, həmin dövrdə bu hadisə geniş rezonans doğurmuş, hətta Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən araşdırıldığı və sertifikatla təsdiqləndiyi açıqlanmışdı.

Elşad Miri qeyd edib ki, o zaman bu iddiaları qəzetdə də tənqid edib.

O, həmin yazının redaksiya tərəfindən yumşaldıldığını da iddia edib.

İlahiyyatçı paylaşımında sual edib ki, aradan təxminən 20 il keçməsinə baxmayaraq, niyə bu cür “möcüzələr” artıq müşahidə olunmur:

“Bu il ərzində doğulan gənc nəsil niyə həmin fındıqları görmür? Niyə Qafqaz Müsəlmanları İdarəsi bu cür yeni sertifikatlar vermir? Niyə arılar pətəklərində “Allah” sözünü ərəbcə yazmırlar? Gələcək nəsli bu cür möhtəşəm möcüzələrdən kim məhrum etdi? Kameralı telefon çıxaranlara nə deyim axı…”

Elşad Mirinin paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

QMİ tərəfindən paylaşımda səsləndirilən fikirlərlə bağlı hələlik hər hansı açıqlama verilməyib.

Elmar

Gununsesi.info