Elton Con reanimasiyaya düşüb - BUNA POTENSİAL ÖLÜMCÜL İNFEKSİYA SƏBƏB OLUB

  • By admin
  • 25 Aprel 2017 07:36

Elton-John

Britaniyalı əfsanəvi müğənni Elton Con bakterial infeksiya ucbatından iki gün reanimasiya şöbəsində keçirib.

Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi məlumatda deyilir ki, müğənninin təmsilçisinin sözlərinə görə, Con Cənubi Amerikadan Britaniyaya uçuş zamanı “ağır xəstələnib”. İnfeksiyanın növünü müəyyən etmək mümkün olmayıb, amma onun “qeyri-adi”, nadir və potensial ölümcül olduğu bildirilir.

Qeyd edək ki, Elton Con infeksiyası ilə bağlı aprel və may aylarında planlaşdırılan bütün konsertlərini ləğv edib. Müğənni pərəstişkarlarından üzr istəyib.

Gununsesi.info