Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat etdi - FOTO

  • Müəllif: Firuzə
  • 09 Sentyabr 2026 21:26

Azərbaycan Dövlət Teleradiosunun müxtəlif məsul vəzifələrdə çalışmış veteran jurnalist, Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı 88 yaşında vəfat edib.

Bu barədə Gununsesi.info -ya Xalq artisti Əli Məhəmmədoğlu məlumat verib.

Qeyd edək ki, Zöhrab Zeynallı 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Zöhrab Zeynallı 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışıb. O, “Qızıl qələm”,”Həsən Bəy Zərdabi” mükafatına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Xatırladaq ki, Zöhrab Zeynallı görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun qardaşıdır.

Gununsesi.info