Əmək və və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında İctimai Şuraya seçkilər saxtalaşdırılıb - İDDİA

  • By admin
  • 31 Mart 2023 10:52

Əmək və və Sosial Müdafiə Nazirliyi Yanında İctimai Şuraya keçirilən seçkidə saxtakarlıqlar olub.

Gununsesi.info-nun xəbərinə görə, bu iddia ilə həmin seçkilərdə iştirak edən ictimai fəal Fuad Əsgərov bildirib: “Mən də bu seçkilərə qatılmışdım. Əslində saxtakarlıq olacağına tam əmin idim. Amma gözləntilərin “pik nöqtəsi” nümayiş olunub. Ən pisi də bu bərbad mənzərəni QHT sektorunun “təkrarolunmaz” simaları edib. Vətəndaş Cəmiyyətinin niyə bu qədər bərbad gündə olmasının səbəbləri bəllidir”.

Fuad Əsgərov deyib ki, səsvermənin nəticələri namizədlərin iştirakı olmadan sayılıb və elan edilib.

Şəbnəm

Gununsesi.info