Emin Ağalarov açılış mərasimində çıxış etmək üçün yenidən Bakıya gələcək

  • By admin
  • 14 Avqust 2019 16:33

Xalq artisti Emin Ağalarov Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

Qeyd edək ki, bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı 16-22 sentyabrda baş tutacaq. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 62 ölkənin iştirak edəcəyi çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları 7 gün boyunca baş tutacaq ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında ən yaxşıların sırasında olmağa çalışacaqlar. Eyni zamanda komanda hesabında ən güclülərin adları açıqlanacaq.

Gununsesi.org