Ərdoğan: - Suriyada terrorçular olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss etməyəcək

  • By Günel
  • 17 Yanvar 2025 20:37

Suriyada terrorçular mövcud olduğu müddətcə Türkiyə özünü tam təhlükəsiz hiss edə bilməyəcək.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, bunu ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Kayseri vilayətində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin məqsədi Suriyanın terrorçulardan tamamilə təmizlənməsidir.

Dövlət başçısı bunun dinc, yaxud məcburi yolla ola biləcəyinə də diqqət çəkib: “Suriya xalqı gələcəyini özünün müəyyənləşdirəcəyi yeni hakimiyyətin formalaşması istiqamətində inamla irəliləyir”.

Gununsesi.info