Ərdoğan İlham Əliyevə zəng etdi – Azərbaycan Prezidenti Ankaraya dəvət olundu

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2026 19:49

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Gununsesi.info xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərindən güc alaraq əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracağını bildirib.

Türkiyə Prezidentinin rəsmi açıqlamasına görə, Ərdoğan Azərbaycanın müstəqilliyinin 35-ci ildönümünü bir daha təbrik edib.

Bundan əlavə, Türkiyə Prezidenti İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə dəvət edib.

Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Gununsesi.info