“Ərdoğan öldü” xəbərini yazan jurnalisti həbs etdilər

  • Müəllif: Firuzə
  • 29 Avqust 2026 22:10

Türkiyədə “Ərdoğan dünyasını dəyişdi” sərlövhəli yazı dərc edən jurnalist barəsində həbs-qətimkan tədbiri seçilib.

“BirGün” yazır ki, söhbət “Aydın Denge” qəzetinin müxbiri İrem Deliceden gedir.

Delice Ərdoğan adlı şəxsin vəfat xəbərini qəzetin sosial media hesabında “Ərdoğan dünyasını dəyişdi” sərlövhəsi ilə dərc edib.

Onun barəsində hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyəti yanıltmaq ittihamı ilə iş açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Həmçinin qəzetin rəhbəri və müvafiq şöbənin redaktoru barəsində də iş açılıb.

Gununsesi.info