Eriksen “Tottenhem”ə qayıda bilər

  • By admin
  • 07 Yanvar 2022 22:58

Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən İngiltərə “Tottenhem”ində çıxış edə bilər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte “Standard” nəşrinə açıqlama verib.

O bildirib ki, 30 yaşlı yarımmüdafiəçini yenidən komandasında görmək istəyər: “Eriksen, həm əla futbolçu, həm də yaxşı insandır. Yenidən futbol oynaya biləcəyinə sevindim. Düşünürəm ki, klubun qapısı hər zaman onun üzünə açıqdır”.

Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Son klubu İtaliya “İnter”i olan Eriksen karyerasının ən yaxşı vaxtlarını 2013 – 2020-ci illərdə formasını geyindiyi “Tottenhem”də keçirib.

 

 

Gununsesi.info