Ermənilər cəbhəyanı kəndi atəşə tutdu

  • By admin
  • 21 Fevral 2017 19:17

ateskes

 

Ermənilər cəbhəyanı kəndi atəşə tutması nəticəsində ot tayası yanıb.

APA-nın xəbərinə görə, hadisə Ağdamın Hacıməmmədli kəndində qeydə alınıb. Kənddə məskunlaşan Nuridə Məmmədovanın bildirdiyinə görə, ermənilər kəndi yandırıcı güllələrlə atəşə tutub. Güllələrdən biri N. Məmmədovanın həyətində olan tayasına düşdükdən sonra yanğın başlayıb. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.

Gununsesi.info