Erməni əsgərini yoldaşları ölümcül döydülər

  • By admin
  • 06 İyun 2021 13:49

Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında yerlibazlıq, “dedovşina” və digər nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlərin növbəti dalğası başlayıb. Növbəti dalğanın müharibədəki məğlubiyyətdən sonra başladığı vurğulanır.

Gununsesi.info xəbər verir ki, Ermənistan KİV-lərində yayılan məlumatlara görə, Ermənistanın Kirovakan rayonundan həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyanın “dedovşina”nın növbəti qurbanı olub.

Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb. Onun ölümcül halda hospitala çatdırıldığı bildirilir.

O, təhqirlərə yenidən məruz qalmaqdan qorxduğu üçün şikayət etməyib. M.Saakyan ciddi xəsarətlər almasına baxmayaraq, tibb müəssisəsinə yerləşdirilməyib.

Fakt hüquq-mühafizə orqanlarından gizlədilib.

Gununsesi.info