Erməni analar ayağa qalxdı: İrəvanın mərkəzində aksiya

Əsir və itkin düşən hərbçilərin yaxınları İrəvanın mərkəzində aksiya keçirir.

Gununsesi.info Ermənistan mətbuatına istinadla xəbər verir ki, hərbçi yaxınları dövlət və beynəlxalq strukturların susmasından, onlara heç nə deməməsindən narazıdırlar.

“Deyirlər ki, iş gedir, amma bizə heç nə demirlər. Qızıl Xaç hələ ki, nəsə edə bilmir, Avropa Məhkəməsinin Ermənistan nümayəndəliyinə üz tutublar – xəbər yoxdur. Həmçinin, qurumlarla birgə idarələrarası komissiya yaradılıb. Səlahiyyətlilər dekabrın 16-dan işə başlayacaq”, – deyə əsgərlərin yaxınlarından biri bildirib.

Aksiya iştirakçıları rus və ingilis dillərində əsirlərin qaytarılmasını tələb edən plakatlar qaldırıblar.

Gununsesi.info