Erməni kəndçilər Sarkisyanın komandasına qarşı üsyana qalxdı

  • Müəllif: admin
  • 29 İyun 2018 10:58

Manvel Qriqoryanın doğulduğu Ermənistanın Arşaluys kəndinin sakinləri kənd administrasiyasının qarşısına toplaşıblar. Onlar hazırda məzuniyyətdə olan kənd sədri Zarzand Qriqoryanın istefasını tələb edirlər.

Gununsesi.info bununla bağlı erməni KİV-ə istinadla xəbər verir.

“Biz bu diktatorla yaşamaq istəmirik, o kəndi qarət edir, bizim qazanclarımızı əlimizdən alır”, – kənd sakinlərindən biri deyib.

Digər sakin bildirib ki, Qriqoryan 10 il müddətində kənd sakinlərini əsir saxlayıb.

Xatırladaq ki, Zarzand Qriqoryan 2008-ci ildən Arşaluys kənd administrasiyasına rəhbərlik edir. O, Cəbrayıl və Füzulinin işğalı zamanı Ermənistan ordusunun 5-ci briqadasının komandiri olan Manvel Qriqoryanın qardaşı oğludur.