Ermənilər Abxaziyada arzuolunmaz xalq elan olunub

  • By admin
  • 19 İyul 2017 14:30

ermenistan

Son dövrlərdə Abxaziyada ermənilərlə bağlı yeni bir münaqişəli məqam ortaya çıxıb. Bu konfliktin əsas səbəbi isə ermənilərin Abxaziyada hər şeyi, xüsusən də turizm və ticari-iqtisadi sektoru ələ alaraq bir monopoliya yaratmasıdır. Abxazlar artıq özləri turizm və ticarət sektorunda nəzarəti ələ alaraq bu sahədən qazanmaq istəyirlər. Bununla bağlı Rusiyanın “Rosbalt” portalı geniş bir yazı təqdim edib.

Gununsesi.info “Rosbalt.ru”da Abxaz-erməni qarşıdurması haqqında gedən yazını ixtisarla təqdim edir.

Məqalədə  qeyd olunub ki, Gürcü-abxaz müharibəsindəiki erməni batalyonu Abxaz tərəfində vuruşub və bu döyüşlərdə 700 erməni iştirak edib. Abxaz tərəfdən döyüşən 700 ermənidən 250-si ölüb, 20 erməniyə isə Abxaziyanın milli qəhrəmanı adı verilib. Ermənilər Abxaziyaya göstərdikləri bu “xidmətin” əvəzində  isə mövcud rejimdən   güzəştlər əldə  edərək, müəyyən toxunulmazlıq qazanıblar.

Artıq Abxaz cəmiyyətinin ermənilərin  bu hərəkətlərinə dözmək niyyəti yoxdur və ona görə də ermənilərin abxaz cəmiyyətində arzuolunmaz millət elan olunmaqdadır.

Bu günlərdə Abxaziyanın Qaqra şəhərində  Gürcü-Abxaz müharibəsi veteranı Cemal Barçiçin  keçmiş döyüşçülər qarşısında çıxışı Abxaz cəmiyyətində bir bomba kimi partlayıb. Onun çıxışı internet vasitəsi ilə yayımlanıb və Abxaz cəmiyyətində ciddi rezonansa səbəb olub. Veteran döyüşçü Cemal Barçiç deyib ki, 1992-93-cü illərdə  Abxaz tərəfdəb iki erməni batalyonu döyüşüb: “Onların əsas hədəfi Abxaziyanın müstəqilliyi olmayıb, əksinə “əllərini qızışdırmaq” yəni  müharibədn istifadə edib daha çox varlanmaq  məqsədi güdülüb. Xüsusən də  “Baqramyan batalyonu” bu işdə dah aktiv olub. Hnası ki, bu batalyonun tərkibində Ermənistandan gələn xeyli sayda erməni olub. Onlar burada özlərinə yaxşışərait yarada biliblər”.

Barçiç onu da deyib ki, ermənilər döyüş zamanı gürcülərə qarşı daha amansız olublar və məqsədləri də Gürcü-abxaz  münasibətlərini daha da dərinləşdirmək olub. O deyib ki, ermənilərin məhz bu “xidməti” nəticəsində abxaz veteranlar öz doğma ölkələrində artıq adam hesab olunurlar: “Abxaz döyüşçülərdən fərqli olaraq, ermənilər burada özlərini lap yerli xalq kimi aparırlar və geniş səlahiyyət əldə ediblər. Məhz bunun nəticəsidir ki, Abxaziyada  ermənilərə gözün üstə qaşın var deyən yoxdur. Onlar hər cür çirkli işlərlə, cinayət, narkotik biznesi ilə  məşğul olsalar da kimsə onlara söz demir. Ona görə də  Ermənistandan bura gələn ac erməni qısa zamanda milyonçuya çevrilib. Buradan Ermənistana külli miqdarda pul aparırı və ermənistan büdcəsini doldururlar. Abxaziyada ermənilərə yaradılan şərait nəticəsində  Ermənistanda bura gələn ermənilərin sayı  günbə-gün artır.Bunun əvəzində isə Ermənistan abxaziyaya hər hansı siyasi dəstək vermir. Abxaziyanın müstəqilliyni dəstəkləmir. Ona görə dəstkləmir ki, bu hərəkəti ilə Gürcüstanı qıcıqlandırmaq istəmir”.

Barçiç onu da əlavə edib ki,  əgər ermənilər Abxaziyanın müstəqilliyini tanımırlarsa, o zaman bizim ölkəni tərk etməlidirlər.

Brçiçin bu çıxış Abxaz cəmiyyətində bomba effekti yaratdığından  burada yaşayan erməni icması həmən yerli hakimiyyətə müraciət edərək, onların həyatalrına təhlükə olduğunu və belə “irqçi”, “rasist” hərəkətlərin qarşısının alınmasını tələb ediblər.

Suxumi batalyonun sabiq komandiri Sergey Matosyan isə baş verənlərə reaksiya verərək deyib ki, biz havadan nəfəs alır və damarlarımızdan eyni qan axır: “Biz zamanında Abxaziyanı Gürcüstanın  istilasından qorumaq üçün silahla sarıldıq”.

Ermənilər bu hiyləgər çıxışları ilə yaranmış durumu  öz xeyirlərinə dəyişmək istəməsələr də, vəziyyət gərgin olaraq qalır. Abxazlar ermənilərin arzu olunmazxalq odluqlarından tərk etmələrini istəyirlər.

Hazırladı Mürtəza

Gununsesi.info