Ermənilər Azərbaycanın icazəsi ilə… – Rusiyadan RƏSMİ AÇIQLAMA

  • By admin
  • 15 Fevral 2021 10:11

Bazar günü 15 erməni Kəlbəcərdə yerləşən Xudavəng monastrını ziyarət edib.

Publika.az xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Zəvvarların Rusiya sülhməramlılarının müşayiəti ilə kompleksin ərazisinə buraxıldığı qeyd olunur. Təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrindən biri memarlıq kompleksinin yaxınlığında yerləşib.

Qeyd edək ki, Xudavəngə giriş yalnız Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər.

Gununsesi.info