Ermənilər zəbt etdikləri ərazidən belə çıxır - FOTOLAR

  • By admin
  • 15 Avqust 2022 10:04

Laçının Zabux kəndidəki ermənilər tədricən ərazini tərk edir.

Gununsesi.info xəbər verir ki, Laçın yolunun alternativ marşruta köçürülməsi prosesi avqustun 25-də reallaşmalı, Laçın şəhəri, Zabux kəndi və hazırki yolun üzərində yerləşən digər ərazilər Azərbaycana təhvil verilməlidir.

Laçında qalan ermənilər əvvəlcə buna etiraz etsələr də, sonda özlərinin olmayan torpaqları tərk etməli olduqlarını anlayıblar.

Ermənistan mediası Zabuxdan son fotoları yayımlayıb. Fotolardan da görünür ki, bir çox ev artıq tərk edilib, kənddə az sayda erməni qalıb. Onların da yaxın günlərdə çıxacağı gözlənilir.

Gununsesi.info