“Ermənistandakı seçkilərdən sonra Ermənistanın real siyasət baxımından həyata keçirə biləcəyi addım sırf Avropa İttifaqı ilə inteqrasiya və ya üzvlük deyil, məhz Azərbaycanla sülhün əldə olunması, Zəngəzur dəhlizi və nəqliyyat marşrutlarının açılması istiqamətində addımların atılması ola bilər”.
Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:
“Bu, daha real vəziyyət və daha real siyasətdir.
Hesab edirəm ki, iyun, iyul, hətta avqust ayına qədər Zəngəzur dəhlizinin açılması istiqamətində növbəti mərhələnin başlanması ilə bağlı mühüm inkişafların şahidi ola bilərik. Eyni zamanda, sülh müqaviləsi ilə bağlı da irəliləyişlərin mümkün olduğunu düşünürəm.
Ancaq Ermənistan Konstitusiyası məsələsini də unutmamalıyıq. Burada Ermənistana və ya Paşinyan hökumətinə bəhanə imkanı verilməməlidir ki, guya konstitusiyanı dəyişdirmək üçün kifayət qədər çoxluqları yoxdur. Təbii ki, bu məsələ gündəmdən düşməməli, daim diqqətdə saxlanmalıdır.
Konstitusiya dəyişikliyi qaçılmazdır. İstər konstitusiya dəyişikliyi üçün çoxluq olsun, istər olmasın, Azərbaycana qarşı ərazi iddiaları həmin sənəddən çıxarılmalıdır. Bu, vacib məsələdir”.
Elmar











