Ermənistan baş nazirinin aparatının avtobusu ilə qəza nəticəsində 11 nəfər xəstəxanaya yerləşdirilib

İrəvanda Ermənistanın baş nazirinin əməkdaşlarının olduğu “Hyundai” markalı avtobus BMW markalı avtomobillə toqquşub. 11 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Gununsesi.info Armennews-yə istinadən xəbər verir.

Qəza İrəvanın kənarında baş verib. Bir nəfər Astjik tibb mərkəzinə, iki nəfər Erebuni tibb mərkəzinə, daha 8 nəfər Ermənistan tibb mərkəzinə aparılıb. Qəzada kimin xəsarət aldığı hələlik məlum deyil. Polis qəzanın mümkün günahkarı barədə məlumat verməyib.
Tərcümə: Adil
Gununsesi.info