“Ermənistan bundan fayda görərdi” - Lavrov

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının ölkədə yerləşdirilməsindən fayda görər və daha sabit vəziyyət əldə edərdi”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində deyib.

“Ötən ilin payızında təşkilatın İrəvanda keçirilən sammitinə qədər erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq KTMT-nin müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanmışdı. Sənəd XİN rəhbərləri səviyyəsində tam olaraq razılaşdırılmışdı. Lakin sözügedən sammit zamanı son anda erməni dostlarımız sənədin qəbulunu təxirə salmağı istədilər. Sənəd hələ də kağız üzərində qalır”, – deyə Lavrov qeyd edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-ü parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan öz ərazisində KTMT missiyasının yerləşdirilməsinə hazırdır, lakin bu istiqamətdə müzakirələr davam etdirilir.

 

Gununsesi.info