Ermənistan bütün formatlardan uzaqlaşır: – Rusiya

  • By Admin2
  • 16 Noyabr 2024 14:41

Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin bütün formatlarından uzaqlaşdığını göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Nazir müavini Ermənistanın KTMT-nin noyabrın 28-də keçiriləcək sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Sualınızı erməni tərəfinə ünvanlayın”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda İrəvanın KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesabladığını deyib.

 

Gununsesi.info

(Axar.az)