Ermənistan dinc əhali arasında itkilərin olmadığını ETİRAF ETDİ

  • By admin
  • 13 Sentyabr 2022 09:12

Ötən gecə Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində baş vermiş silahlı toqquşma nəticəsində Ermənistan vətəndaşları arasında itkilərin olması rəsmən təkzib edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Çakatenedəki təcili yardım briqadasına Azərbaycan tərəfinin atışmalarından heç bir ziyan dəyməyib. Hələlik dinc əhali arasında itkilər barədə məlumat daxil olmayıb. Qeyd edək ki, Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar səhiyyə sistemi yüksək hazırlıq səviyyəsinə gətirilib”, – nazirlikdən bildirilib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Gununsesi.info