“Ermənistan dinc əhaliyə qarşı terror siyasətini yürüdür” - HİKMƏT HACIYEV

  • By admin
  • 15 Oktyabr 2020 14:37

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ermənilərin Tərtər istiqamətində növbəti hücumuna münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “Twitter” hesabında yazıb.

“Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində üç dinc sakin öldürülüb, üçü ağır yaralanıb. Humanitar atəşkəsin arxasında gizlənən Ermənistan dinc əhaliyə qarşı terror siyasəti yürüdür. Azərbaycan dinc əhalisini qorumaq üçün suveren hüququnu özündə saxlayır”, – deyə H.Hacıyev bildirib.

 

Gununsesi.info