“Ermənistan gələcəyini itirdiyindən insanlar kütləvi şəkildə ölkəni tərk edir” - TELEREPARTYAOR

  • By admin
  • 06 Aprel 2018 14:38

Almaniyanın ictiami televiziyası hesab edilən ZDF  müasir Ermənistanın üzləşdiyi ağır, sosial-siyasi, sosial-iqtiasi və ictimai həyatı haqqında veriliş hazırlayıb.

Gununsesi.info xəbər verir ki, ZDF-in telerepartyoru Volfqanq  Çimmerman reportajında  Ermənistanın üzləşdiyi bu ağır, sosial, iqtisadi, ictimai-siyasi vəziyyəti  İrəvanın yürütdüyü işğalçılıq siyasəti, Qarabağ müharibəsi, ölkədəki korrupsiyanın tüğyan etməsi nəticəsində əhali dilnəçi  halına düşdüyünü  açıq formada qeyd edib. “Məhz bunun nəticəsində gənclər ölkəni kütləvi şəkildə tərk edir”- deyə, V. Çimmerman vurğulayıb.

Bryüslov adına İrəvan  Dövlət Universitetin  Alman dili müəllimi Astqik Tarloyan ZDF-ə açıqlamasında deyib ki, artıq gənclər ağır vəziyyətə dözə bilmədiyindən  çıxış vəziyyəti kimi ölkəni tərk etməkdə görürlər. “Artıq mənim tanıdığım dostalrın əksəriyyəti ölkəni tərk ediblər. Bir zamanlar Ermənistanı tərk etməyəcəyimi desəm də, artıq indi imiqrasiya haqqında düşünürəm”- deyə, universitet müəlliməsi bildirib.

ZDF qeyd edib ki, hazırda Ermənistanda gənclərin 3/2-sindən çoxu  ölkəni tərk etmək  istəyir. “Bütün bunların  səbəbi isə bir daha ölkədəki siyasi, sosial və iqtisadi vəziyyətlə bağlıdır.  Onlar ölkədə hər hansı perspektiv görmədiyindən kütləvi şəkildə  buranı tərk etmək istəyirlər.  Rəsmi statistik məlumatlalra görə, ildə ölkəni 30-40 min insan tərk edir.  SSRİ dağılandan sonra Ermənistan 16-30 yaş arasında bir milyondan artıq  vətəndaşını itirib.  Ermənistan nəinki gənc nəslini itirib, eyni zamanda  gələcəyini də itirib.  Onların əkəsriyyəti Rusiyaya gedir. Rəsmi statistik məlumatlara görə ölkə əhalisinin 30%-indən çoxu  yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Ancaq real vəziyyət bundan yüksəkdir”.

Korrupsiyaya uğrayan  Ermənistanda, ölkə iqtisadiyyatının bir neçə oliqarxın əlində cəmləşdiyini qeyd edən ZDF bildirib ki, bizneslə ancaq  oliqarxlara yaxın adamlar, onların ailə üzvləri məşğul ola bilər.

 hakimiyyət isə vəziyyətin yaxşılaşdırılmaında elə də maraqlı deyil”- reportajda qeyd olunur.

 ZDF Ermənistanın belə dəhşətli vəziyyətə düşməsini işğalçılıq siyasəti nəticəsində sərhədlərinin qonşu Azərbaycan və Türkiyə tərəfindən bağlanması ilə izah edib.

Hazırladı Mürtəza

Gununsesi.info