Ermənistan kabusu olan Azərbaycanın təcrid siyasəti -MÜRTƏZA BÜNYADLI

  • Müəllif: admin
  • 15 Fevral 2018 14:54


Azərbaycan prezidenti İlham Əliyevin tarixi torpaqlarımız Zəngəzura, İrəvana dönüşü, istərsə də işğalı Ermənistana yönəlik təcrid siyasətinin verdiyi bəyanatlar sözün əsl mənasında ermənilərin yuxusunun kabusuna çevirib.

Təkcə bəyanatlar deyil, onların həm də real işlərə, faktlara söykənməsi  Ermənistan tərəfdə ciddi ajiotaj yaradıb. Artıq son günlərdə erməni mediası, siyasiləri, ekspertləri də yaranmış  vəziyyətdə gələcəkləri ilə bağlı cox  pessimist açıqlamalar verərək, işğalçılıq siyasətinin girovuna və  qurbanına çevrildiklərini açıq-aşkar  etiraf etməkdədirlər.
Ermənistandakı  siyasi dairələr ölkənin böhranla  üzləşməsinin və bu problemin dərinləşərək, ölkənin gələcəyini sual altında qoymasının səbəbini özlərinin  yürütdüyü yanlış işğalçılıq siyasəti ilə izah edirlər.  Artıq hər keçən günün Ermənistanın ziyanına işlədiyinin fərqindədirlər. Bir yandan Azərbaycanın yürütdüyü uğurlu təcrid siyasəti, digər tərəfdən də dünyada baş verən qeyri-müəyyən  geosiyasi  proseslərin, ABŞ-Rusiya arasındakı qarşıdurmaların,  Türkiyə-Rusiya-İran üçbucağında yaranan əməkdşalıq formatının, istər Avrasiya İqtisadi İttifaqı daxilindəki proseslərin, istərsə də Yaxın Şərqdə və Avropa Birliyi daxilində gedən proseslərin inkişaf tendensiyasının  heç də Ermənistanın xeyrinə olmadığını  açıq görürlər.  Cərəyan edən proseslərin onların gələcəyini  çıxılmaz bir dalana dirədiyinin anlamqdadırlar.  Düzdür baş varən rposeslərin Ermənistanın ziyanına işlədiyini çoxdan anlasalar da dilə gətirmirdilər, artıq   uğursuz işğalçılıq siyasətinin onlara necə də baha başa gəldiyini dilə gətirməkdədirlər.

Dünyada və bölgədə mürəkkəb proseslərin getməsinə baxmayaraq
Azərbaycanın   dövrün çağırışlarına uyğun olaraq  uğurlu siyasət yürütməsi, hətta bir zamanlar Ermənistanın yaxın müttəfiq hesab etdiyi ölkələri İrəvandan üz döndərməsinə nail olması erməniləri  ciddi əndişələndirməkdədir.
Erməniləri ciddi narahat edən və bir kabus anını yaşadan amil isə  belə mürəkkəb şəraitdə müasir dünyanın çağrışlarına uyğun olaraq Azərbaycanın beynəlxalq bir nəqliyyat dəhlizi qovşağına çevrilməsi və bu istiqamətdə  müxtəlif  uğurlu beynəlxalq nəqliyyat layhələri reallaşdırmasıdır. Çünki enerji və digər itisadi layihələrdən kənarda qalan  Ermənistanın yeganə ümidi bölgədəki nəqliyyat layihələrində iştirak etmək arzusu idi ki, Azərbaycan  bu arzunu da ermənilərin gözündə qoydu.

Ermənilər hər vasitə ilə bu layihələrin reallaşmasına qarşı çıxmağa cəhd etsələr də, bu cəhdlər uğrusuzluqla nəticələndi. Azərbaycan prezidentinin dili ilə desək: “Ermənistanı bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik” .
Milli Konqres Partiyasının sədri  Aram Manukyan   ölkə rəhbərliyinin yürütdüyü siyasətin Ermənistana uçuruma yuvarladığını dilə gətirərək, Azərbaycanın uğurlarını etiraf etmək zorunda qalıb. Aram Manukyan da  Ermənistanın belə təcrid vəziyytə düşməsinin əsas səbəbini işğalçılıq siyasətinin davam etdirilməsində və Qarabağ münaqişəsinin həll olunmamasında görür. O bildirib ki,  Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkə  siyasi və iqtisadi tənəzüllünü yaşamaqdadır. “Qarabağ münaqişəsinə görə, bölgədəki  bütün regional və beynəlxalq layihələr hesab edilən-nəqliyyat, enerji, dəmiryol, qaz və digərləri Ermənistanı yan keçməklə reallaşır. Biz təkcə siyasi blokadada deyil, eyni zamanda  iqtisadi  cəhətdən blokadayıq. Yollarımız hər tərəfdən bağlanıb, heç bir regional layihədə iştirak etmirik. Onlar üçün gözə görünməzik sanki biz heç Qafqazda yaşamırıq.
Bu illər ərzində bölgədə xeyli layihələr reallaşdı. Bakı-Tiflis-Ceyhan neft kəmərindən tutmuş. Bakı-Tiflis-Qars dəmiryolunadək hamısı bizdən yan keçdi. Bunlar hamısı Gürcüstan üzərindən keçməklə reallaşdı. İndi də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və “Çinin “İpək yolu” layihəsi Ermənistandan keçməklə həyata keçirilir. Hüquqi cəhətdən Qafqazda mövcud olsaq da, heç bir layihədə iştirak etmirik. Biz iqtisadi cəhətdən dalandayıq. Ona görə də heç kim bizə sərmayə yatırmaq istəmir. Əgər biz əvəllər ildə 3-4 mlrd dollar investisiya alırdıqsa, 2017-ci ildə 120 milyon dollara enib. Korrupsiya nəticəsində ölkədə vəziyyət getdikcə mürəkkəbləşir. Bu baxımdan da  heç bir normal insan risk edib ölkəyə sərmayə ayırmaz”.
A.Manukyan həmçinin qeyd edib ki, Qarabağ münaqişəsinin davam etməsi Ermənistanın ziyanınadır və ona görə də yaranmış bu durumdan hansısa yolla çıxamlıyıq:  “Əgər biz Qarabağ münaqişəsini həll edəriksə, o zaman digər məsələlər də həll olunacaq. Ermənistan blokadadan çıxacaq, Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq”.
Ermənistanın yuxusunu ərşə çəkən ən ciddi məqaalardan biri də  İrəvanın Tehranla nə  qədər yaxınlıq etmək cəhdlərinə baxmayaraq, irəlü sürülən layihələrin heç birini reallaşdıra bilməməsidir. Baxmayaraq ki,  İrəvan Tehranı  Ermənistanı öz cənub cınahında ən yaxın dostu  və müttəfiqi hesab edir. İrəvan İrana bu nəfəslik kimi baxır və bu ölkədən gözləntiləri böyükdür. Lakin İrəvanın gözləntilərinin heç biri özünü doğrultmadı. Azərbaycanın həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində İrəvanın gözləntiləri puça çıxdı.
Birincisi, İrəvan “Şimal-Cənub” nəqliyat dəhlizini  Ermənistan ərazisindən keçərək reallaşdırmaq üün ciddi cəhdlər etdi və  İranı, Rusiyanı bu prosesə cəlb etməklə, onların sərmayə qoymasına çalışdı. Lakin bu alınmadı.  Çünki Tehran və Moskva bu yolun bahalı və effektsiz olduğundan  sərmayə yatırmaqdan vaz keçərək,   layihənin reallaşaması üçün bütün məsuliyyəti İrəvanın üzərinə atdı. Ancaq İrəvanın da cəhdləri sonda boşa çıxdı və heç bir beynəlxalq investor bu layihənin effekt verəcəyinə ümid etmədiyindən, sərmayaə qoymaqdan imtina etdi.
Azərbaycan isə bundan fərqli olaraq təşəbbüsü ələ almaqla qısa zaman ərzində “Şimal-Cənub”  nəqliyyat dəhlizini reallaşdırmaq üçün ilk növbədə Naxçıvan dəmiryol xəttini İran dəmiryol xəttinə birləşdirməklə blokadada olan Naxçıvanın təcridini aradan qaldırdı. Gələcəkdə İran-Naxçıvan dəmir yolunun   Türkiyə dəmir yolllarına qoşmaqla Naxçıvanı da “Şimal-Cənub”, “Qərb-Cənub” nəqliyyat dəhlizinin tam tərkib hissəsinə çevrilməsi planlaşdırılır.
Bundan əlavə olaraq Azərbaycan şərq istiqamətdə “Şimal-Cənub” dəhlizi vasitəsi ilə öz dəmiryol xəttini İranın daxilnədək çəkdi. İşini bununla bitirməyən Azərbaycan İran Astarasında yük terminalı tikir.   İran daxilində Astara-Rəşt dəmiryoluni reallaşamasında da iştirak edəcək və Azərbaycan dəmiryolçuları bu ölkədə 164 km dəmiryol xətti çəkəcək. Bu isə Azərbaycan dəmiryolçularını beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.  Azərbaycan bu layihənin reallaşmasında aktiv rol oynamaqla  enerji sahəsində olduğu  kimi özünü nəqliyyat dəhlizi sahəsində bir xab ölkəyə çevirmiş olacaq.
İkincisi, İrəvan öz ərazisindən keçməklə  İran qazını Avropaya ötürmək planı da realaşmadı və bu da uğursuzluqla nəticələndi. Hətta İrəvan özünün tələbatını ödəmək üçün İrandan ucuz qaz almaq niyyəti baş tutmadı. bununla bağlı Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan jurnalistlərə açıqlamasında deyib  ki, İran Ermənistana ucuz qaz satmadığından məsələ öz həllini tapmayıb.
Üçüncüsü, İrəvan  elektirk enerijisinin ötürülməsi sahəsində əməkdaşlıq niyyəti də ciddi nəticələrə vermədi. İrəvan Rusiya-Gürcüstan-Ermənistan-İran elektrik verilişi layihəsini reallaşdırmağa cəhd etsə də, bu  ideya da hələlik reallaşmayıb.  Bu ideya da kağız üzərində qalmaqdadır.
Dördüncüsü, İran investorlarını  Ermənistana cəlb etmək planıdır ki, burada da uğrulu nəticə yoxdur.  İran investorları bu ölkənin iqtisadi inkişafına inanmadıqlarından  ciddi sərmayə yatırmaq istəmirlrə. sadəcə turizm, otelçilik, restoran və digər ticari sahələrdə xırda sərmayələr qoyulub. İran Ermənistanın ən böyük ticarət tərəfdaşalrından olsa da, 2017-ci ildə İranla Ermənistan arasındakı ticarət dövriyyəsinin həcmi 263,5 milyon təşkil edib ki, bu da 2016-ci illə müqayisədə 10,3 faiz artıq olub. Bax bu gösətərici hər eyi deyir. Hansı ki, Azərbaycanla İran arasındakı illik  ticarətə dövriyyəsi  1 milyar dollar civarındadır.
Burada digər qeyd ediləsi məqam isə ondan ibarətdir ki, İran və Rusiyadan ümidini üzən İrəvan Gürcüstana üz tuturaq   Rusiya-Abxaziya-Gürcüstan-Ermənistan dəmiryol xəttini çəkmək arzusuna düşdü. Lakin İrəvanın bu arzusu da arzu olaraq qaldı. Çünki bu  günlərdə    Praqada Gürcüstan-Rusiya əlaqələrinən bərpa olunması ilə bağlı  Rusiya XİN müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin Rusiya ilə məsələlər üzrə xüsusi nümayəndəsi  Zurab Abaşidze arasındaı görüş uğrusuzluqla nəticələndi. Çünki danışıqların detallarından biri də  Suxumu-Tiflis arasında dəmiryol xəttinin bərpa olunması idi. Lakin digər əsas ciddi məsələlərdə razılıq əldə olunmadığından bu məsələdə   öz həllini tapmadı. Bununla da İrəvanın arzusu bir daha puça çıxmış oldu.
Necə deyərlər Ermənistanın “boğlumaqda olan şəxs saman çöpünə əl atar” misalına bənzəyir. Ancaq bu “saman çöpü” də effekt vermir və  Ermənistan bu ümidsizlik burulğanından boğulmaqda davam edir.
Ermənistanın üzləşdiyi bu reallıq  bu günlərdə “ru.1in.am” saytında bir analitik yazıda qeyd olunur ki, Bakıda rəsmi dairələr Şimal-Cənub layihəsinin onlar üçün təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan cəlbedici olduğunu gizlətmirlər, çünki bu layihə sayəsində Ermənistan regional əməkdaşlıqdan kənarda qalır: “Diqqətəlayiqdir ki, bu cür qlobal proqramlar Rusiya və Avropa bazarlarına çıxış üçün alternativlər – Azərbaycan ərazisi vasitəsilə – tapan İran üçün Ermənistanın önəmini tədricən aradan qaldırır. Halbuki son illər Tehranda dəfələrlə işarə ediblər ki, qlobal kommunikasiya layihələrində Ermənistanı etibarlı tərəfdaş sayırlar. Lakin bizim hakimiyyətin reaksiyası, yumşaq desək, qeyri-adekvatdır, Tehranda isə Yerevanın Rusiyanın qadağalarını nə zaman aşacağını sonsuza qədər gözləyə bilməzlər. Ermənistanın Rusiyanın əlaltısı olmaq kimi alçaldıcı statusu möhkəmlənir, nəticədə ölkəmiz müstəqil subyekt olmaqdan çıxaraq bütün regional inteqrasiya layihələrindən xaric olur. Digər tərəfdən, Ermənistanın bu pat və dalan vəziyyəti onun Qarabağ siyasətinin tutarsızlığını da aşkara çıxarır. Status-kvonun qorunmasına yönəlmiş bu siyasət rasional deyil, çünki status-kvo təkcə ön xətdəki, hərbi müstəvidəki balans deyil, həm də Ermənistan və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin, demoqrafik statistikanın müqayisəsidir. Qarabağ münaqişəsinin mövcudluğu və sərhədlərin bağlı olması Ermənistanın Rusiyadan asılılığını artırır, iqtisadiyyatı boğaraq onu inkişafdan məhrum edir. Bu kontekstdə Azərbaycan bütün regional layihələrin aktoruna çevrilir, bu isə qaçılmaq olaraq hər iki ölkənin qeyri-bərabər inkişafına gətirib çıxaracaq – təbii ki, Ermənistanın ziyanına. Milyardlarla dollar gəlirə malik Azərbaycan boşalan Ermənistan üçün təhlükə olacaq. Bu aksiomatik faktın qəbul olunmaması bizim dövlət və siyasi sistemimizin qeyri-adekvatlığını və irrasionallığını göstərir. Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır”.
Bura Azərbaycanın günü-gündən artan hərbi qüdrətini də əlavə etsək, o zaman tam mənzərə aydın olar. Ermənistanda sadə xalq yaxşı anlayır ki, növbəti aprel hadisələri baş verəsə və ya genişmiqyaslı həbri əməliyyatlar bərpa olunarsa, o zaman hansı vəziyyətlə üzləşəcəklər. Bütün bunları anlyan xalq  vəziyyətdən çıxış yolunu Ermənistanı birdəfəlik tərk etməkdə görür. Onlar övladlarının mənasız müharibədə ölməsini istəmir. Ermənilərin ölkəni tərk etməsi isə  siyasi, iqtisadi böhran içində boğulan Ermənistanı  növbəti bir böhranla üz-üzə qoyub. Bu gün Ermənistanda ciddi demoqrafik  böhran  yaşanmaqdadır. Artıq  bununla bağlı Ermənistanın rəsmi dairələri və deputataları həyəcan təbili çalırlar.  Çünki yaxşı anlayırlar ki, demoqrafik vəziyyətin sürətlə  dəyişməsi və ölkənin boşalması hansı faciələrə gətirib çıxara bilr. Ona görə də demək olar ki,  Azərbaycanın Ermənistanı təcrid siyasəti öz müsbət nəticəsini verir. Bu eyni zamanda torpaqların azad olunması istiqamətindəki ümidləri artırır. Ən yaxşı variant isə Ermənistan nə qədər  gec deyil, səhvini düzələdərək işğalçılıq siyasətindən əl çəkməklə vəziyyəti yaxşıya doğru dəyişə bilər. Bu nə qədər tez olsa yaxşıdır. Əks təqdirdə erməni  siyasilərinin dediyi kimi artıq zaman Ermənistanın ziyanına işləyir. Və bundan da uduzan ancaq  Ermənistan və erməni xalqı olacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info