Ermənistan ordusu Qarabağda təlimlərə başladı - FOTO

  • By admin
  • 24 Sentyabr 2019 21:07

Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Gununsesi.org bununla bağlı erməni mediasına istinadən xəbər verir. Düşmən ölkənin ordusu Nyu Yorkda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən görüşdən bir neçə saat sonra hərəkətə keçib.

Ermənistan ordusu Azərbaycan ərazilərində şərti düşmənin hücumunu dəf etməyi məşq edir.

Bununla bağlı Ermənistan Hərbi Qüvvələrinin Baş Qərargahının informasiya şöbəsinin rəisi Samvel Asatryan açıqlamasında bildirib.

Hərbi təlimlər oktyabrın 5-dək davam edəcək.

Hələlik, təlimlərə ATƏT-in Minsk Qrupundan reaksiya gəlməyib.

 

20517364.jpg (71 KB)

 

Gununsesi.org