Ermənistan Putini həbs etməkdən çəkindi - Proqnozlaşdıra bilməmişik

  • By admin
  • 02 Aprel 2023 10:42

Ermənistan hökuməti Rusiya prezidenti Vladimir Putini ölkəyə səfər edəcəyi təqdirdə Haaqa tribunalına verməyəcək.

Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan açıqlayıb.

Onun sözlərinə görə, hökumət Azərbaycanla fikir ayrılıqlarına görə 2022-ci ilin dekabrında Roma Statutuna qoşulub və Beynəlxalq Cinayət Məhkəməsinin sonrakı qərarlarını öncədən proqnozlaşdırmaq mümkün olmayıb.

“Buna görə də hakim komanda Putin Ermənistana səfər edəcəyi təqdirdə onu həbs etmək fikrində deyil”, – Arşakyan əlavə edib.

Gununsesi.info