“Ermənistan Rusiyadan üz döndərib özünə yeni müttəfiq axtarmalıdır”

  • By admin
  • 06 Aprel 2018 16:14

Türkiyə-Rusiya  münasibətlərinin yeni bir mrəhələyəq qədəm qoyması, Ermənistanı yeni müttəfiq axtarışını vadar edir.

 Gununsesi.info xəbər verir ki, bunu erməni politoloq Ayk Martirosyan  Putinin Türkiyə səfərinin yekunlarını və Ankara-Moskva arasındakı yaxınlaşmanı şərh edərkən  deyib.

Onun sözlərinə görə, əgər  Ermənistanın ən yaxın müttəfiqi, onun tarixi düşməni ilə yaxınlaşırsa, bu mexaniki  olaraq  təhlükə yaradır:

“Ermənistan Rusiya və türkiyə arasındakı  xırda pul kimi xərclənə bilər. Tarixdə belə hallar olub və bunu   Rusiyada da yaxşı bilirlər. Odur ki,  bu Ermənistan üçün çox mürəkkəb və  təhlükəli olduğundan, ayıq olmalıdır”- deyə, erməni politoloq vurğulayıb.

Ona görə də yaranmış durumdan çıxış vəziyyəti kimi A.Martirosyan  hesab edir ki, İrəvan özünə yeni  və daha etibarlı müttəfiq axtarmalıdır. O bunun Çin olacağını da deyib. Bildirib ki, Çin bu bölgədə maraqlarını təmin etmək istəyir və  Ermənistan öz maraqları naminə Pekinlə müttəfiqlik edə bilər:

  “Çindən başqa ölkələr də var ki,onlarla müttəfiqlik etmək olar” – deyə, erməni politoloq bildirib.

Rusiya ABŞ arasında yaşanan gərginliyə də toxunan Martirosyan deyib ki, Moskva Vaşinqton münasibətlərinin  gərginləşməsi İrəvana da  ciddi zərbə vura bilər. “Proqnozlar Vaşinqton və Moskva arasında gərginliyin hələ daha da gərginləşəcəyindən xəbər verir və bu vəziyyət  Ermənistana və onun maraqlarına çox ciddi zərbə vura bilər. Bu qaçılmazdır”- o qeyd edib. O əlavə edib ki, Ermənistan  ABŞ-la  yaxınlaşmağa cəhd etsə də, bu yetərli deyil. “Çünki Ermənistan praktiki olaraq tamamilə Rusiya  iqtisadiyyatı və Hərbi-Sənaye Kompleksindən asılı vəziyyətdədir. Bu cəhətdən Ermənistan ABŞ sanksiyaları altına düşə bilər”.

 Martirosyan onu da bildiri bki, Tramp sərt mövqeli adamdır: “Əgər o Fransa, Britaniya  və digər ölkələrlə münaisbətində belə sərtlik nümayiş etdirirsə, o zaman  Ermənistan onun üçün heç nədir”.

Hazırladı Mürtəza

Gununsesi.info