“Ermənistan üçtərəfli bəyanatın mahiyyətini anlamayıb” – XİN rəsmisi

  • By admin
  • 12 Avqust 2021 16:15

Ermənistan üçtərəfli bəyanatın mahiyyətini tam anlamadığını sübut edir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.

“Üçtərəfli bəyanatın müddəlarını absurd şəkildə şərh etmək cəhdləri Ermənistan tərəfinin 2020-ci il noyabrın 10-da özünün imzalamış olduğu sənədin mahiyyətini tam anlamadığını və ya əvvəlcədən onun tələblərini tam şəkildə icra etmək niyyətində olmadığını sübut edir”, – L.Abdullayeva paylaşımında qeyd edib.