“Ermənistanda dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran mövcuddur” – Sarkisyan

  • By admin
  • 11 Yanvar 2021 14:23

Ermənistanda dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran mövcuddur.

 

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bu barədə ölkə prezidenti Armen Sarkisyanın məqaləsində deyilir.

O bildirib ki, bu vəziyyətdən yeganə sivil çıxış yolu növbədənkənar seçkilərin keçirilməsidir:

“Bu gün biz və ilk növbədə hökumət qəbul etməlidir ki, ölkədə dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran mövcuddur. Bu vəziyyətdən yeganə məntiqli və sivil çıxış yolu növbədənkənar seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə və Konstitusiyaya dəyişikliklərdir”.

Gununsesi.org