Ermənistanda koronavirusa yoluxanların sayı 3 min 313 nəfərə çatıb, 45 nəfər ölüb

  • By admin
  • 10 May 2020 12:00

Ermənistanda daha 138 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 3 min 313 nəfərə çatıb.

Gununsesi.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində virusa yoluxan 1 nəfər ölüb.

Bununla da koronavrusa yoluxma nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

 

Gununsesi.org