Ermənistanda koronavirusdan ölənlərin sayı 3 700-ü ötdü

  • By admin
  • 10 Aprel 2021 20:35
Ermənistanda son sutkada koronavirusa 1 009 yoluxma qeydə alınıb.

Gununsesi.info  xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 202 167-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 23 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 720 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 181 180-a yüksəlib. Hazırda 16 315 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Gununsesi.info