Ermənistanda vəkillər vəhşicəsinə döyüldü –  Foto

  • By admin
  • 27 Aprel 2017 20:10

ermni

 

Ermənistanda vəkillər vəhşicəsinə döyülüb.

Musavat.com-un yaydığı məlumata görə, Tiqran Atanesyan və Armen Soqomonyana hucum nəticəsində hüquq müdafiəçiləri ağır xəsarətlər alıblar. İnsident Tiqran Atanesyanın ofisində qeydə alınıb.

Bu barədə vəkil Yervand Varosyan Feysbuk səhifəsində yazıb. Məlumata görə, hüquq müdafiəçilərinə vəkillər məktəbinin direktoru Simon Babayan, Vəkillər Palatası sədrinin məsləhətçisi Gevork Mkrtçyan, palatanın digər məsləhətçisi Vrej Xaçikyan və adı açıqlanmayan daha bir nəfər hücum edərək onları döyüb.

Ağır xəsarətlər alan vəkillərə yerindəcə ilkin tibbi yardım göstərilib.

Fotolar kriminal rejimin rəhbərlik etdiyi Ermənistanın real mənzərəsini nümayiş etdirir.

 

Gununsesi.info