Ermənistanın hərbi maşını qəzaya düşdü - YARALANANLAR VAR (FOTOLAR)

  • By admin
  • 12 Yanvar 2018 17:36

Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub.

Gununsesi.info-nun erməni KİV-ə istinadən xəbərinə görə, hadisə saat 14:30 radələrində Yerasxavan-Zanqakatun yolunda qeydə alınıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb, onlar Ararat rayon xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilir ki, qəzaya səbəb  “Opel”  markalı avtomobilin sürücüsü olub.