
Parlamentdə Ermənistanın işğal siyasəti ilə bağlı qanun layihəsinin hazırlanması təklif edilib.
Gununsesi.info xəbər verir ki, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib.
Deputat ermənilərin AŞPA-da qış sessiyası çərçivəsində Strasburqda Dağlıq Qarabağın işğalının 30 ilini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini vurğulayıb.
R.Rzayev bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu dövlətlərinə ayrı-ayrılıqda müraciət edilsin.
Mürtəza
Gununsesi.info










