Ermənistanın xarici işlər naziri İsveçə gedib

  • By admin
  • 01 Dekabr 2021 09:59

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İsveçə səfərə gedib.

Gununsesi.info “Sputnik Armenia”ya istinadən bildirir ki, bunu nazirliyin mətbuat katibi Vaan Unanyan deyib.

O, dekabrın 1-dən 2-nə kimi ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək.

A.Mirzoyanın ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Gununsesi.info