Ermənistanın XİN rəhbəri Moskvaya yola düşüb

  • Müəllif: admin
  • 25 Aprel 2018 22:24


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “İnterfaks” agentliyi diplomatik mənbələrə istinadən xəbər verib.

Bundan əvvəl Ermənistan XİN-in mətbuat katibi E.Nalbandyanın ezamiyyətdə olduğunu təsdiqləyib.

Qeyd edək ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı diqqət mərkəzində Ermənistandakı siyasi böhran olub.

 

Gununsesi.info